Qaynar xətt:

(+99450) 247 90 86

Tovuzda doğuşda körpə öldü 

KRİMİNAL

421

06.03.2025, 21:10

Tovuzda doğuşda körpə ölümü baş verib.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerləşdirilib. Körpə doğuşda ölüb.

Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.

Məsələ ilə bağlı TƏBİB-dən  cavab olaraq bildirilib ki, martın 4-ü saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub:

“Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.

Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 05.03.2025-ci il saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır”.